Avropa səhmləri bank sektoru ətrafında yaranan qorxulara görə ucuzlaşıb
Avropanın əsas fond indeksləri çərşənbə günü ticarəti güclü enişlə başa vurub, investorlar ticarət məlumatlarına və analitiklərin şərhlərinə görə bank sektoru ilə bağlı riskləri, xüsusən də İsveçrə Credit Suisse ətrafında vəziyyəti qiymətləndirirlər.
Marja xəbər verir ki, günün sonunda Britaniyanın FTSE 100 indeksi 3,83% azalaraq 7344,45 bənd, Fransanın CAC 40 indeksi 3,58% azalaraq 6885,71 bənd, Almaniyanın DAX indeksi 3,27% azalaraq 14735,26 bənd təşkil edib.
Daha əvvəl maliyyə şərhçisi və bestseller “Zəngin ata Kasıb ata” kitabının müəllifi Robert Kiyosaki demişdi ki, Amerikanın Silikon Vadisi Bankının (SVB) müflisləşməsindən sonra uğursuzluğa düçar olacaq növbəti bank İsveçrənin ən böyük banklarından biri Credit Suisse olacaq. Bunun fonunda çərşənbə günü bankın səhmləri 20%-dən çox dəyər itirib. Daha sonra, Credit Suisse Group-ın investorlarından biri olan Səudiyyə Milli Bankının, qaydaların İsveçrənin maliyyə şirkətinə daha çox maliyyə yardımı göstərməsinə mane olduğunu açıqlamasından sonra səhmlər daha da ucuzlaşıb.
Analitiklər qeyd edirlər ki, Avropa Mərkəzi Bankının uçot dərəcəsinin artırılması bazarlarda vəziyyəti pisləşdirə bilər. Tənzimləyicinin iclasının nəticələri cümə axşamı dərc olunacaq və dərəcəsin 0,50 faiz bəndi artaraq 3,5%-ə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu






















