Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb

AzVak-mobil_resmin_ustu_31
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Bank 2025-ci ilin illik maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.

25 may 2026-cı il tarixində keçirilən tədbirdə spiker qismində PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və Marketinq departamentinin direktoru Gunel Mavliyarova çıxış ediblər.

Mətbuat konfransında Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər, müştəri mərkəzli yanaşma, strateji inkişaf prioritetləri, Korporativ Sosial Məsuliyyət yanaşması üzrə əldə edilən uğurlar və istedadların idarə olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Qeyd edilib ki, PAŞA Bank 2025-ci il üzrə əsas maliyyə göstəriciləri üzrə müsbət artım nümayış etdirib. Bankın cəmi aktivləri 14% artaraq 9,84 mlrd AZN-ə, kredit portfeli 5% artaraq 3,88 mlrd AZN-ə, depozit portfeli 16% artaraq 7,90 mlrd AZN-ə çatıb, kapital isə 7% artaraq 964 mln AZN təşkil edib. Eyni zamanda faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri isə 9% artıb ki, bu da biznes fəaliyyətinin genişlənməsi və gəlir mənbələrinin diversifikasiyası ilə bağlıdır.

PAŞA Bank 19.3% bazar payı ilə biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutu olaraq mövqeyini qoruyub. Kredit portfelində əsas pay ticarət, xidmət, sənaye və nəqliyyat sektorlarına düşür. Bu isə Bankın qeyri-neft sektorunun maliyyələşdirilməsində dayanıqlı inkişafı dəstəkləyən əsas maliyyə tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. KOS seqmentində isə Bank bazar göstəricilərini üstələyərək daha yüksək artım tempi nümayış etdirib. Depozit bazarında payını 19.8%-ə çatdıran Bank, hüquqi şəxslərin depozitləri üzrə bazar payını 25.6%-ə yüksəldib.

Bankın rəsmi nümayəndələri vurğulayıblar ki, PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering – IPO) prosesi davam edir. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixədək uzadılıb. 

Maliyyə nəticələri ilə tanış olmaq üçün linkə keçid edin. Əksi göstərilmədikcə, nəticələr kənar auditorlar tərəfindən təhlil olunmuş və konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır.

paşa bank 2025 maliyyə nəticələri paşa bank aktivləri 2025 paşa bank kredit portfeli 2025 paşa bank depozit artımı paşa bank kapital artımı paşa bank bazar payı paşa bank mənfəət göstəriciləri paşa bank iposı 2026 paşa bank səhmləri 55 azn paşa bank bfb yerləşdirmə azərbaycan bank sektoru 2025 korporativ bankçılıq azərbaycan bank maliyyə göstəriciləri 2025 paşa bank dividend siyasəti paşa bank maliyyə hesabatı 2025
25.05.2026 12:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19