"29 vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb etmişik"
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb.
Bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi hesabat tədbirində bildirib.
O əlavə edib ki, həmçinin 125 cinayət xarakterli material araşdırılıb: “Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.
Bu il rüşvətə görə 14 şəxs barəsində cinayət işi başlanılıb
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
“Həmin cinayət işləri 54 şəxs barəsində 43 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 34 şəxs barəsində 27 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 19 şəxs barəsində 14 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 3 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), 11 şəxs barəsində 5 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 4 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı, 2 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 2 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədar olub”, - K.Əliyev əlavə edib.
O deyib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12.804.958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3.612.243 manat və ya 28,2% ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
K.Əliyev əlavə edib ki, hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 872 vətəndaşın qəbul edilməsi təmin edilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























