Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Şirkətin insan yönümlü korporativ mədəniyyəti və əməkdaş inkişafına əsaslanan iş mühiti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
AzVak-mobil_resmin_ustu_31
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

 

(®) “Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatına ardıcıl ikinci dəfə layiq görülüb. Korporativ mədəniyyət və iş mühitinin qiymətləndirilməsi üzrə beynəlxalq “Great Place to Work®” sertifikatı şirkət əməkdaşlarının anonim rəylərinə əsaslanır.

Reklam_3_11

Qiymətləndirmə zamanı Azercell əməkdaşlarının demək olar ki, 90%-i şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətdə formalaşdırılmış güclü korporativ mədəniyyətin, əməkdaş rifahına verilən önəmin və davamlı inkişaf yanaşmasının real göstəricisi kimi çıxış edir.

Azercell-in İnsan Kapitalı üzrə baş direktoru Dilarə Hüseynova bildirib ki, insan kapitalının inkişafı şirkətin uzunmüddətli strateji prioritetləri sırasında xüsusi yer tutur:

“Ölkənin ən arzuolunan iş yerlərindən biri olmaq Azercell-in əsas strateji hədəflərindəndir. Biz inklüziv və dəstəkləyici iş mühitinin formalaşdırılmasına, gender bərabərliyinin təşviqinə və əməkdaşlarımızın peşəkar inkişafına davamlı şəkildə investisiya yatırırıq. Ötən il bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlarımız daha da genişlənib. IE Business School, FranklinCovey kimi nüfuzlu institutlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən liderlik və etik idarəetmə proqramları şirkətdə məsuliyyətli liderlik yanaşmasının və davamlı öyrənmə mədəniyyətinin daha da güclənməsinə töhfə verib. Əməkdaşlarımızın Azercell-i artıq ikinci dəfə “Əla İş Yeri” kimi qiymətləndirməsi bizim üçün ən dəyərli göstəricidir.”

Qeyd edək ki, “Great Place to Work®” iş mühiti, korporativ etimad, liderlik yanaşması və əməkdaş məmnuniyyəti sahəsində dünyanın ən nüfuzlu qiymətləndirmə platformalarından biri hesab olunur.

 

21.05.2026 17:59
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19