Azərbaycanda AYİB ilə yeni layihənin icrasına başlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə “Tənzimləyici qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb.
Bu barədə İKTA-dan məlumat verilib.
Bildirilib ki, bununla bağlı tərəflər arasında ilk onlayn görüş keçirilib. Görüşdə İKTA-nın İdarə Heyətinin rəhbəri Nail Mərdanov, Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssisi Ravil İsgəndərov, Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov, Xidmət bazarlarına nəzarət şöbəsinin müdiri Nail İsmayılov iştirak ediblər.
N.Mərdanov İKTA-nın fəaliyyəti, bu günə qədər gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib, növbəti bir ildə həyata keçiriləcək yeni layihənin qurumun funksional fəaliyyəti üçün faydalı olacağını qeyd edib.
EBRD-nin dəstəyi ilə həyata keçiriləcək yeni layihə bir neçə mərhələdə icra olunacaq. Bura tənzimləyici qurumun fəaliyyətinin təkmilləşdirlməsi, bazar təhlilinin aparılması, bazarda rəqabət səviyyəsinin qiymətləndirilməsi metodologiyasının işlənib hazırlanması, əhəmiyyətli bazar gücünə malik olan operatorlara tətbiq edilə bilən həllərin layihələndirilməsi, eləcə də İKTA əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi daxildir.
Layihə EBRD-nin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
İKTA-nın Nizamnaməsi ölkə rezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 2 saat sonra
-
14 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
15 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
15 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
















.jpg)



.jpg)




