Dövlət qurumları daşıma şirkətləri və kuryerlər ilə bağlı hərəkətə keçib
KOBİA və AQTA daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin çətinliklərinin həlli, sektorun sağlam inkişafı üçün birgə tədbirlər həyata keçirəcək.
“Bakı KOB evi”ndə daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə növbəti görüş keçirilib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov və 50-yə yaxın daşıma fəaliyyəti ilə məşğul olan sahibkar və onların təmsilçiləri, eləcə də kuryerlər iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov daşıma ilə bağlı biznes fəaliyyətinin son zamanlar genişləndiyini və bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artdığını qeyd edib.
Bildirilib ki, daşıma sektorunda çalışanların – kuryerlərin sayında da artım müşahidə edilir və onların əksəriyyəti gənclərdir. Dövlət qurumu olaraq daşıma sektorunda biznesin düzgün formalaşması və idarə edilməsinə lazımı dəstəyi göstərməyə hazırıq. Bugünkü görüşün məqsədi də məhz daşıma fəaliyyəti ilə bağlı biznesin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun formalaşması və inkişafını, eləcə də sahibkarların və kuryerlərin çətinliklərini birgə müzakirə etmək, onların həlli üçün tədbirlər görməkdir. Orxan Məmmədov kuryerlərin təşkilatlanması və qarşılaşdıqları çətinliklərin müvafiq qurumlara daha rahat çatdırılması üçün assosiasiyanın yaradılması məsələsinin nəzərdən keçirilməsini də təklif edib.
AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qurumun daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə yaxından əməkdaşlıq etdiyini, prosesin qida təhlükəsizliyinin tələblərinə əməl olunmaqla idarə edilməsi məqsədilə artıq təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, məhsulların təhlükəsizliyinə istehsalçı ilə yanaşı, onların daşınmasını və istehlakçıya çatdırılmasını həyata keçirən daşıma şirkətləri və kuryerlər də cavabdehlik daşıyır. Bu məqsədlə AQTA tərəfindən praktik xarakter daşıyan ödənişsiz təlimlərə başlanılıb. Təlimlər bütün kuryerləri əhatə etməklə mərhələli şəkildə həyata keçiriləcək. Bu sahədə KOBİA ilə birgə də tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Görüşdə daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına, bu sahədə KOBİA və AQTA-nın birgə dəstəyinə dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
33 d. sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
11 d. əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
-
17 d. əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
20 d. əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
37 d. əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
48 d. əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
2 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
