Azerconnect şirkəti nüfuzlu Stevie®mükafatına layiq görülüb
(®) Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect icra etdiyi innovativ layihələrə görə bir neçə kateqoriya üzrə nüfuzlu Stevie® mükafatına layiq görülüb.
Belə ki, Azerconnect həyata keçirdiyi "Inspire.Lead.Create:Women Leadership" proqramı ilə Müxtəliflik və inklüzivlikdə nailiyyətə görə Gümüş, “FLEXcellence:Hybrid Working” proqramı ilə İşçi heyəti üçün məsafədən iş rejiminin idarə edilməsində nailiyyətə görə Gümüş, eləcə də “Hybrid Leadership” proqramı ilə Qarışıq öyrənmənin ən yaxşı istifadəsi üzrə Bürünc mükafatlarını əldə edib.
Bu mükafatlar insan resursları nailiyyəti kateqoriyasında Ən yaxşı işəgötürənlər (Stevie® Awards for Great Employers) üçün səkkizinci illik Stevie® Mükafatları çərçivəsində təqdim olunub. “Stevie® Awards for Great Employers” dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır.
Qeyd edək ki, “Stevie® Awards for Great Employers”ın məqsədi dünyanın ən yaxşı işəgötürənləri və mükəmməl iş yerləri yaratmağa və idarə etməyə kömək edən insan resursları mütəxəssislərinin, komandaların, nailiyyətlərin və insan resursları ilə əlaqəli məhsul və təchizatçıların tanıdılmasıdır.
Azerconnect şirkətinin icra etdiyi proqramlarla iki Gümüş və bir Bürünc mükafata layiq görülməsi şirkətin inklüziv təbiətə malik olduğunu sübut edərək öz əməkdaşlarını dəyərləndirməyə, müxtəlifliyi təşviq etməyə, məsafədən işin effektiv idarə olunmasına, eləcə də işçi qüvvəsində peşəkar inkişafı dəstəkləməyə sadiqliyini nümayiş etdirir.
Azerconnect haqqında:
Azerconnect şirkəti ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Azerconnect insan resursları sahəsində mükəmməlliyinə görə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu “Ən Yaxşı İşəgötürənlər İnstitutu” (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülüb. Şirkət həmçinin bu il üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb.
Stevie® Awards haqqında:
Stevie® Awards səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və miqyasda təşkilatları və oradakı peşəkarların töhfələrini tanımaqla Stevie® dünya üzrə iş yerində üstün nailiyyətləri qiymətləndirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















