Azərbaycanın dövlət borcu "dodaq uçuqladır" - açıqlandı

01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 172.6 milyon ABŞ dolları (12 milyard 208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil etmişdir. Bu barədə "Marja"ya Maliyyə Nazirliyindən bildirilib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Qeyd edək ki, 01 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 913.2 milyon ABŞ dolları (12 milyard 241.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil etmişdi.
01 iyul 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 638.6 milyon ABŞ dolları (11 milyard 758.9 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.0 faiz təşkil etmişdi.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 d. əvvəl
-
- 29 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

İctimai nəqliyyatda gedişhaqqı artırıldı

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək

Sentyabrın 28-də gözlənilən hava şəraiti
