Tramp ilk gün vergi tətbiq edəcəyi ölkələri açıqlayıb
Tramp Kanada və Meksikadan idxal olunan məhsullara 25%, Çindən idxal olunan məhsullara isə əlavə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada Meksika, Kanada və Çindən idxal olunan məhsullara tariflər tətbiq edəcəyini bildirib.
Marja xəbər verir ki, minlərlə insanın Meksika və Kanadadan ABŞ-a keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkən Tramp, hazırda Meksikadan gələn insan “karvanının” açıq olan ABŞ sərhədini keçməkdə olduğunu bildirib.
Tramp, "Yanvarın 20-də ilk icra sərəncamlarımdan biri Meksika və Kanadadan ABŞ-a daxil olan bütün məhsullara 25 faiz əlavə rüsum tətbiq etmək olacaqdır. Qeyri-qanuni əcnəbilər ölkəmizə hücumu dayandırana qədər bu tarif qüvvədə qalacaq",- deyib.
Meksika və Kanadanın uzun müddətdir davam edən problemi (sərhəd təhlükəsizliyi və ABŞ-a narkotik keçirilməsi) asanlıqla həll etmək imkana sahib olduğunu qeyd edən Tramp, "Biz onlardan bu imkandan istifadə etmələrini tələb edirik və bunu edənə qədər onların böyük bir bədəl ödəmələrinin vaxtı gəldi" deyib.
Tramp, "Çindən ABŞ-a idxal olunan bütün məhsullara əlavə 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyik”,- yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)



