Xalq Bank Milli Depozit Mərkəzinə üzv oldu
Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bank olan Xalq Bank Milli Depozit Mərkəzinə üzv olub.
Bununla bağlı, 23 iyun tarixində tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum kapital bazarının inkişafı istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdə tutur.
Milli Depozit Mərkəzinin üzvü olmaqla, Xalq Bank fiziki və hüquqi şəxslərə birbaşa investisiya xidmətləri təklif edə biləcək. Bu, müştərilərə maliyyə portfelini səmərəli idarə etməyə və qiymətli kağızlar bazarının imkanlarından faydalanmağa şərait yaradır. Beləliklə, Xalq Bank müştəriləri xidmətdən yararlanaraq kapital bazarında qiymətli kağızların alış-satış əməliyyatlarını həyata keçirə biləcək. Bu, müştərilərə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir. Qeyd edək ki, səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







