970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank marketinq agentliyi xidmətləri satın alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank marketinq agentliyi xidmətləri satın alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR

Tenderin adı: “AFB BANK”ASC tərəfindən Marketinq agentliyi xidmətlərinin satın alınması

Tenderin elan tarixi: 17.12.2025

İştirak üçün sənəd qəbulunun son tarixi: 26.12.2025

Tender təkliflərinin son qəbul tarixi : 09.01.2026

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • tender təklifi (tender zərflərinin açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır
  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
  • iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Göstəriləcək xidmətlərin siyahısı:   

Copywriting və Kommunikasiya

  • SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması.
  • Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması.
  • Kampaniyalar üçün kreativ adların və sloganalrın təklif edilməsi.
  • Vebsayt üçün mətnlərin yazılması və mütəmadi yenilənməsi.
  • Story və TikTok üçün yaradıcı video kontent ideyalarının verilməsi.
  • Reklam məqsədli Push və SMS mətnlərinin hazırlanması.
  • Radio reklamları üçün səsləndirmə mətnlərinin hazırlanması.
  • Reklam filmləri üçün skriptlərin hazırlanması.

Dizayn İşləri

  • Sosial media üçün aylıq post dizaynları (statik və dinamik – minimum 12 dizayn).
  • Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması.
  • Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və digər materiallar).

 Foto və Video İstehsalı

  • Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi.
  • Ayda 4 ədəd qısa video kontent (Reels və s.) hazırlanması.
  • Animasiya çarxlarının yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).

 Digər Kreativ və Marketinq Xidmətləri

  • Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi.
  • Bazar trendlərinin izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi.
  • Böhran vəziyyətinin analizi, kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması.
  • Bayram və digər özəl günlər üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması.
  • Sosial media hesablarının idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət.
  • Səhifə statistikasının artımı üçün strategiyaların hazırlanması və icrası.
  • Müsabiqələr, giveaway-lər və ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi.
  • Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması.
  • Həftəlik və aylıq analitik hesabatların hazırlanması.
  • Aylıq sosial media post planının hazırlanması.
  • Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması.

Rəqiblərin analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.

*Bəndlər üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.

Tender təklifinin valyutası

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılır.

Ödəniş şərtləri

Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay   təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.

Tenderdə iştirak etmək istəyən  şirkətlər qiymət təkliflərini  tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 09.01.2026-cı il tarixinə kimi poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına  göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

AFB Bank tender elanları AFB Bank marketinq xidməti satınalması AFB Bank copywriting və kommunikasiya xidməti AFB Bank SMM mətnləri reklam kontent hazırlanması vebsayt mətnlərinin hazırlanması sosial media dizayn işləri post dizaynları çap məhsulları dizaynı foto və video istehsalı animasiya və motion dizayn korporativ hədiyyələr üçün brendinq bazar trendləri analizi kommunikasiya strategiyasının hazırlanması kampaniya planlarının hazırlanması sosial media idarəçiliyi izləyici artımı strategiyaları blogger və influencer əməkdaşlığı analitik hesabatlar aylıq sosial media post planı məhsul və kampaniyalar üzrə kommunikasiya planı rəqiblərin analizi tender qiymət təklifi tender sənədləri AFB Bank Azərbaycan milli valyutası tender AFB Bank ödəniş şərtləri tender müraciət müddətləri tender əlaqə məlumatları Vüsal Mehdiyev AFB Bank Yasamal rayon tender ünvanı tender iştirak şərtləri Azərbaycan
19.12.2025 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18