Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Expressbank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relidə bildirilir ki, hesabat dövrünün nəticələri Bankın həm mənfəətlilik, həm də əməliyyat səmərəliliyi istiqamətində ciddi uğurlar qazandığını təsdiqləyir.
Hesabat dövrünün nəticələrinə əsasən, Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%-dən çox artaraq 3 milyon 272 min manat təşkil edib. Bu artım Bankın əməliyyat səmərəliliyinin yüksəlməsi və gəlirlilik göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub.
Bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17%-ə yaxın artım nümayiş etdirərək 6 milyon manata yaxınlaşmışdır. Bu göstərici Bankın fəaliyyət səmərəliliyinin artmasının və daxili resursların effektiv idarə olunmasının bariz nümunəsidir.
Hesabat dövründə Bankın gəlir bazasında da ciddi yüksəliş qeydə alınmışdır. Belə ki, faiz gəlirləri 15%-ə yaxın artaraq 22 milyon 494 min manatı ötmüş, xalis faiz gəlirləri isə təxminən 10% artımla 14 milyon 307 min manat təşkil etmişdir. Qeydə alınan bu müsbət dinamika Bankın əsas fəaliyyət növləri üzrə gəlir imkanlarının dayanıqlı olduğunu və maliyyə bazarındakı mövqeyinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir.
Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 661,973 milyon manat, depozit portfeli 307,871 milyon manat, kredit portfeli isə 546,543 milyon manat təşkil edib.
"Birinci rübün nəticələri Expressbankın maliyyə intizamını qoruyaraq, həm fərdi, həm də korporativ müştərilərlə əməkdaşlığı dayanıqlı əsaslarla davam etdirdiyini təsdiqləyir",- Press-relizdə deyilir.
Həmçinin, qeyd edək ki, Bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 43%-dən çox artım göstərərək 749,21 min manata çatıb ki, bu da bankın gəlir mənbələrini effektiv şəkildə şaxələndirdiyini nümayiş etdirir.
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Expressbank ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı







.jpg)









