Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) bu gün öz işinə başlayıb.

ASA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan Forum bu ilin 24-25 iyun tarixlərini əhatə edir.

Reklam_3_11

Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovanın və İcbari Sığorta Bürosunun İcraçı direktorunun müavini Seymur Mirzəyevin çıxışı nəzərdə tutulub.

Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar rəsmiləri iştirak edirlər.

2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatıldığı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, türk dövlətlərinin sığorta bazarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühün qlobal sığorta əməkdaşlığı platformasıdır.

Azərbaycan Beynəlxalq Sığorta Forumu AIIF-2026 sığorta forumu Bakıda sığorta forumu Azərbaycan Sığortaçılar Assosiasiyası ASA Azərbaycan Mərkəzi Bankı Mərkəzi Bankın strateji dəstəyi Əliyar Məmmədyarov Azər Əmiraslanov Vüsal Qasımlı Ülviyyə Cabbarova Seymur Mirzəyev İcbari Sığorta Bürosu sığorta bazarı təkrarsığorta sığorta brokerliyi həyat sığortası sağlamlıq sığortası özəl pensiya sistemi təbii fəlakətlər və sığorta türk dövlətlərinin sığorta bazarı qlobal sığorta əməkdaşlığı Qafqaz regionu Orta Asiya Avropa sığorta bazarı Türkiyə sığorta sektoru Rusiya və MDB ölkələri sığorta şirkətləri təkrarsığorta şirkətləri broker şirkətləri sığorta top-menecerləri sığorta sahəsində peşəkar təhsil sığorta panel müzakirələri beynəlxalq sığorta tədbiri 400 iştirakçı 20-dən çox ölkə Qafqazın sığorta platforması sığorta sektorunda əməkdaşlıq sığorta trendləri Bakıda beynəlxalq forum AIIF Bakı Azərbaycan sığorta sektoru sığorta bazarının inkişafı
24.06.2026 10:29
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19