"Qanunvericilikdə rəqəmsal bankçılığın inkişafına zidd məqamlar var"
"Bank of Baku", ən azı yaxın 5 ildə İnternet və mobil bankçılığın filialları tamamilə ortadan qaldıra biləcəyinə inanmır.
“Bank of Baku” ASC-nin Yeni məhsulların yaradılması komitəsinin sədri, Partnyorlarla İş və Alternativ Satışlar Departamentinin direktoru Anar Abbasovun “Marja”ya müsahibəsində bildirib ki, İnternet və mobil bankçılıq filiallar üçün hələlik təhlükə deyil:
"Cari durumda real yanaşsaq, yaxın 5 il ərzində banklarımızın tamamilə məsafəli xidmət kanallarına keçəcəyini düşünmək inandırıcı deyil. Səbəblər də müxtəlifdir. Məsələn, bugünki qanunvericilik rəqəmsal bankçılığın tam inkişafına imkan vermir və buna görə də indiki rəqəmsal bankçılıq sadəcə ənənəvi bankçılığın bir hissəsi və ya ona bir əlavə olaraq dəyərləndirilə bilər. Baxmayaraq ki, korporativ sahədə internet bankinq sürətlə inkişaf edir, pərakəndə bankçılıqda əksinə, müştəriləri internet və mobil bankinqdən istifadəyə öyrəşdirmək çox çətindir.
Anar Abbasovun sözlərinə görə, yerli bankların qarşısında duran mühüm problemlərdən biri qeyri-bank elektron ödəniş sistemlərindən istifadənin sürətlə yayılmasıdır ki, bu da internet və mobil bankçılığın daha da inkişaf etdirilməsi üçün mühüm addımların atılmasını zəruri edir.
"Bütün bunları nəzərə alaraq, hal-hazırda filiallar üçün hansısa təhlükədən danışmaq bir az tez olar",- o deyib.
O, "Azərbaycanda rəqəmsal bankçılıqdan istifadənin artması üçün dövlətin hansı addımları atmasını istərdiniz?"sualına aşağıdakı cavabı verib:
"Qeyd etdiyim kimi, banklar haqqında qanunvericiliyə nəzər salsaq, rəqəmsal bankçılığın inkişafına zidd olan müəyyən məqamları görə bilərik. Hesabların açılması, kartların emissiyası, valyuta tənzimi, nağdsız hesablaşmalar və pul köçürmələri qaydaları və normativ aktlarında mühüm dəyişikliklər olmalıdır ki, müştəri rəqəmsal bankçılıqdan rahat və təhlükəsiz şəraitdə istifadə edə bilsin, əməliyyat imkanları məhdudlaşmasın. Müştəri bank hesabı açmaq istəyir, qaydalara riayət edərək onu filiala çağırmalı oluruq, kredit almaq, adi debet kart əldə etmək, əmanət yerləşdirmək istəyir, hər dəfə filiala gəlmək məcburiyyəti ilə qarşılaşır. Bu da əlbəttə ki, onun zaman itkisinə səbəb olur. Müəyyən addımlar atılsa, müştərilən bank xidmət və məhsullarından onlayn istifadə imkanlarını genişləndirərək, bu prosesi çox asanlıqla avtomatlaşdırmaq olar. Artıq bildiyiniz kimi, bu istiqamətdə həm Mərkəzi Bank, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Azərbaycan Banklar Asosiyasiyası böyük işlər görür, inanıram ki, bu işlərin nəticəsi olaraq, rəqəmsal bankçılıq sahəsində yeni inkişaf mərhələsi başlayacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
32 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




