“İndiyədək 42 aqroparkın yaradılmasına 1,2 milyard manat ayrılıb”
“Azərbaycanda sənayeləşmənin inkişafı iqtisadiyyatın priorotetlərindəndir".
Bunu "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi və 3 aqropark təşkil olunub. "Sumqayıt Kimya Sənaye Parkında bu gün 13 rezident qeydiyyata alınıb. Növbəti rezidentlərlə danışıqlar da davam etdirilir. Bu gün Sumqayıt Kimya Sənaye Parkına yatırılan investisiyaların həcmi 2,4 milyard dollardan çoxdur. Aqroparkların inkişafı da sənayeləşmə ilə bağlı prioritetdir. Bu günə qədər 28 rayonda 42 aqropark yaradılıb. Bu aqroparkların ümumi dəyəri 1,2 milyard manatdan çoxdur. 13 aqroparkın yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98 milyon manatdan çox vəsait ayrılıb. İndiyədək ümumilikdə 350 milyon manat dəyərində investisiya təşviqi sənədi verilib", - deyə N. Səfərov qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 d. əvvəl
- 18 d. əvvəl
- 40 d. əvvəl
-
44 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı






.jpg)








.jpg)



