"Düyüyə təlabatın 23 faizi yerli istehsal hesabına ödənilir"
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli ölkəmizdə çəltikçiliyin perspektivləri ilə bağlı danışıb.
“Ölkə əhalisinin düyüyə olan tələbatının yalnız 23 faizi yerli istehsal hesabına ödənilir”
Nicat Nəsirli bildirib ki, statistik hesablamalara görə, 2016-cı ildə ölkəmizdə 2500 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul əldə olunub. 2017-ci ildə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5100 hektara, düyü istehsalı isə 16,2 min tona çatıb. Orta məhsuldarlıq 31,1 sentner/hektar təşkil edib. Hazırda bu məhsul üzrə idxaldan asılılıq yüksək səviyyədədir. Təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən 51 min 60 ton düyü idxal olunub və buna 36 milyon ABŞ dolları xərclənib. Ölkə əhalisinin düyüyə olan ümumi tələbatı isə təxminən 45 min tondan çoxdur. İl ərzində 8 ton düyü ixrac olunduğunu nəzərə alsaq, tələbatın yalnız 23 faizinin yerli istehsal hesabına ödənildiyini görərik.
2025-ci ilədək çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi isə 40 min tona çatdırılacaq
Çəltikçilik çətin əl əməyi tələb edən sahələrdən olub. Yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri ötən il ilk dəfə olaraq Koreya Respublikasından gətirilib və ən müasir maşın-mexanizmlərdən istifadə edilməklə cənub bölgəsində əkilib. Nicat Nəsirli qeyd edib ki, çəltik istehsalına marağın artırılması üçün “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda yaxın illərdə çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının gücləndirilməsi, emal müəssisələrinin yaradılmasının təşviqi, toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və digər məsələlər öz əksini tapıb. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 sentner/hektar olmaqla, çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
“Unutmaq olmaz ki, dənli bitkilərin əkin strukturunda, eləcə də insanların qida rasionunda düyü buğdadan sonra ikinci yeri tutur. Düyüyə tələbat ilbəil artım dinamikasına malik olduğundan, çəltik istehsalı kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir”, - deyə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri əlavə edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir


















