“Şirinlik” və bu tip hallara dərhal və çox sərt reaksiya verilir”
“Şirinlik” və bu kimi digər hallarla mübarizəyə ayrı-ayrı hallar üzrə deyil, Dövlət Gömrük Komitəsinin (DGK) ümumi inkişaf strategiyası çərçivəsində institusinal dəyişikliklər baxımından yanaşılır”.
Bunu müsahibəsində Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib.
Onun sözlərinə görə, gömrük sistemində şəffaflığın daha da artırılması ölkə rəhbərliyi tərəfindən DGK qarşısında qoyulmuş konkret tapşırıqdır:
“Son dövrlər gömrük sistemində aparılan islahatlara kənardan ötəri nəzər saldıqda asanlıqla görmək olur ki, DGK rəhbərliyi tərəfindən bu tip hallara qarşı qanunvericilik çərçivəsində dərhal və çox sərt reaksiya verilir və belə qanunsuz əməllərə yol verən şəxslər məsuliyyətə cəlb olunurlar".
Komitə sədrinin müavini bildirib ki, bu yanaşma sadəcə olaraq konkret korrupsiya hallarının nəticələrinin aradan qaldırılması ilə kifayətlənmir, onları doğuran səbəbləri aradan qaldırmağa yönəlib: “Məsələn, bununla bağlı gömrük əməkdaşının, xüsusilə ucqar bölgələrdə sərhəd-buraxılış məntəqələrində çalışan gömrük əməkdaşlarının sosial ehtiyaclarının təmin edilməsi, maddi-rifah vəziyyətinin yaxşılaşdırılması, həmçinin gömrük sistemində daxili nəzarət sistemlərinin gücləndirilməsi, yeni korporativ məsuliyyət siyasətinin inkişaf etdirilməsi, şərəf kodeksi və fəaliyyət etikası prinsiplərinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir”.
İ. Babayev deyib ki, bununla bağlı olaraq, bir tərəfdən sahibkarların marifləndirilməsi, onların bilik bazasının daha da zənginləşdirilməsi, psixioloji təlimlərin keçirilməsi ilə əlaqədar, digər tərəfdən biznes prosesin düzgün qurulması ilə bağlı işlədiyimiz islahat paketimiz bir çoz sahəni əhatə edir: “Biz elə bir sistem qurmalıyıq ki, gömrük prosedurları gömrük əməkdaşlarının və ya gömrük orqanlarının subyektiv qərarları əsasında həyata keçirilməsin. Biz, gömrük xidmətində qərarqəbuletmə mexanizmini yeni texnologiyalar əsasında, rəqəmsal gömrük idarəçiliyi prinsipi əsasında, risklərin avtomatlaşdırılmış idarəetmə sistemi əsasında və ümumiyyətlə “Smart Gömrük”, “Smart Sərhəd” ideyalarına köklənərək qurulmalıyıq. Biz elə bir sistem qurmalıyıq ki, bu kimi neqativ hallara sistem imkan verməsin və eyni zamanda həm “şirinlik” verən, həm də onu alan bu kimi hərəkətləri özünə təhqir kimi qəbul etsin”.
Komitə rəsmisinin fikrincə, əlavə olaraq, mənfi hallarla mübarizə gömrük-cəmiyyət əməkdaşlığından çox asılıdır: “Bu səbəbdən, biz çoxlu alətlər tətbiq edərək belə hallar ilə mübarizə aparırırq və nəticəsini də az da olsa görürük. Məsələn, DGK olaraq biz sahibkarlara və bütün vətəndaşlara müraciət edərək bildiririk ki, belə neqativ hallarla mübarizənin daha effektiv olması üçün Komitə tərəfindən yaradılmış əks əlaqə sistemlərindən daha fəal istifadə etsinlər, dərhal belə hallar barədə Komitə rəhbərliyini məlumatlandırsınlar. Bunun üçün, Komitənin “Çağrı Mərkəzi”nin imkanları genişləndirilib və rəsmi internet səhifəsində, habelə sosial şəbəkələr vasitəsilə zəruri sistemlər yaradılıb. Həmçinin, belə hallarla mübarizədə ənənəvi mətbuatın, o cümlədən sosial medianın rolu çox böyükdür. Nəzərinizə çatdırırıq ki, Komitənin sədri və digər rəhbər şəxslər xüsusilə sosial medianı yaxından izləyirlər və obyektiv işıqlandırılan problemlərə dərhal reaksiya verirlər”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























