Cənub Qaz Dəhlizinə xərclənən vəsait açıqlanıb
Bu ilin aprel ayının sonuna qədər Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə, təxminən, 33 mlrd. ABŞ dolları vəsait sərf olunub.
Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 26-cı Xəzər Beynəlxalq Neft və Qaz konfransında məlumat verib.
Onun sözlərinə görə, ümumi dəyəri 21,9 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 18,8 mlrd. dollar xərclənib. "Şahdəniz-2" üzrə ilk qazın alınması üçün işlər tam yekunlaşıb, ümumi işlər isə 92,6% yerinə yetirilib.
CQD-nin baş direktoru Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,3 mlrd. dollar təşkil etdiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. dollar olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 6,2 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 7 mlrd. dollar təşkil edir. 2018-ci il iyunun 30-da TANAP-la Türkiyəyə ilk kommersiya qazı nəql olunmağa başlanıb. TANAP üzrə 99,6% işlər yekunlaşıb".
Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 3,6 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,6 mlrd. avro olduğunu bildirib.
Onun sözlərinə görə, bu layihə üzrə işlər 87,5% yekunlaşıb.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















