“Azercell”in bölüşdürülməmiş mənfəəti dodaq uçuqladır
“Azercell Telekom” MMC 2016-cı ili 81 milyon 425 min manat xalis mənfəət ilə başa vurub. “Marja” xəbər verir ki, 2015-ci illə müqayisədə Azərbaycanın ən böyük mobil operatorunun xalis mənfəəti təxminən 3 dəfə azalıb. Azercell 2015-ci ildə 254 milyon 112 min manat xalis mənfəət əldə etmişdi.
Azercell 2015-ci ildə devalvasiya ilə əlaqədar olaraq böyük məbləğdə mənfəət əldə etmişdi (Pul vəsaitləri və onların ekvivalentləri üzrə xarici valyuta mübadiləsindən gəlir).
Şirkət ötən il 134 milyon 726 min manat mənfəət vergisi ödəyib (2015-də 318 milyon 746 min manat ödəmişdi).
2015-ci illə müqayisədə ötən il Azercell-in cəmi gəlirləri 410 milyon 859 min manatdan 392 milyon 880 min manata geriləyib (4,4% azalıb). Cəmi xərcləri isə 250 milyon 139 min manatdan 304 milyon 387 min manata yüksəlib.
AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIR
31 Dekabr 2016-cı il tarixinə Azercell-in cəmi aktivləri 921 milyon 619 min manat (2015-də 724 milyon 590 min manat idi), öhdəlikləri 73 milyon 524 min manat (2015-də 83 milyon 242 min manat idi), cəmi kapitalı isə 848 milyon 95 min manat təşkil edib. Cəmi kapitalın 806 milyon 15 min manatını bölüşdürülməmiş mənfəət təşkil edib.
Qeyd edək ki, Azercell Telekom-un bağlanmış Bank Standard-dakı hesabında pulu qalıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
14 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı




















