“VİZA göstər, VİSA Al” uğurla davam edir
(®) “AtaBank” ASC-nin növbəti dəfə start verdiyi və müştərilərə çoxlu sayda bank kartı hədiyyə etdiyi “VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir.
Bu kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün VİZA əldə etmiş müştərilər, AtaBank-dan pulsuz Visa Classic və ya Visa Gold plastik kartına sahib ola bilərlər. İştirak etmək üçün bankın ən yaxın filial və ya şöbəsinə şəxsiyyət vəsiqəsi və xarici pasportla müraciət etmək və qüvvədə olan vizanı bankın əməkdaşına göstərmək kifayətdir. Müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılı olaraq Visa Classic və ya Visa Gold kartı hədiyyə edilir.
Xatırladaq ki, hədiyyə bank kartları müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər. Bu kartlarla həm ölkə daxilində, həm xaricdə rahat və təhlükəsiz şəkildə ödənişlər həyata keçirmək mümkündür.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 oktyabr 2019-cu il tarixinədək davam edir.
Visa kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.
WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























