Səudiyyəlilər aşağı neft qiymətlərindən çıxış yolu axtarır
Rəsmilər tərəfindən verilən açıqlamaya görə, Krallıq neft qiymətlərindəki enişin davam etməsini qəbul etməyəcək və bu mövzunu müzakirə etmək üçün digər istehsalçılar ilə ünsiyyətə keçiblər.
Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanı rəhbərliyi digər neft istehsalçısı ölkələrin rəhbərliyinə telefon ilə zəng edib. Səbəb neft qiymətlərinin 7 ayın ən aşağı səviyyəsinə (Brent nefti bu gecə 55 dollara düşüb) geriləməsidir. Telefon danışıqları zamanı çıxış yolları və tətbiq edilə biləcək siyasətlər müzakirə edilib. "Marja" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Rəsmilərin açıqlamalarına görə, Krallıq neft qiymətlərində davam edən enişi qəbul etməyəcək və mövzuya dair bütün variantları qiymətləndirəcək. Açıqlama edən və adının gizli qalmasını istəyən rəsmilər nə kimi tədbirlər görüləcəyinə dair bir məlumat verməyiblər.
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, hal-hazırda Neft İxrac Edən Ölkələr Birliyi və Birliyə üzv olmayan müttəfiqlərinin razılaşması çərçivəsində istehsalını həddindən çox azaldıb.
ABŞ və Çin arasında ticarət gərginliyinin artması ilə qlobal iqtisadi vəziyyət pisləşir. Durğunluğun yaranacağı və neftə tələbin azalacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
5 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
6 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























