Azərbaycandan böyük həcmdə pomidor ixracı Sentyabrda da bərpa edilməyib
Sentyabr ayında Azərbaycandan xarici ölkələrə cəmi 750 min dollar dəyərində 906 ton pomidor ixracı olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycandan 142 milyon 291 min dollar dəyərində 134 min148 ton pomidor ixrac edilib.
8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan 141 milyon 541 min dollar dəyərində 133 min 242 ton pomidor ixrac edilmişdi. Beləliklə, Sentyabrda pomidor ixracı məbləğ ifadəsində 750 min dollar, miqdar ifadəsində isə 906 ton təşkil edib.
2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilmişdi. Avqustda pomidor ixracı məbləğ ifadəsində 333 min dollar, miqdar ifadəsində isə 446 ton təşkil etmişdi.
İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. İyun ayı ilə müqayisədə İyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil etmişdi.
ƏN ÇOX POMİDOR MAYDA İXRAC EDİLİB
Pomidor ixracından Azərbaycana Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar, İyulda 3 milyon 153 min dollar, Avqustda 333 min dollar, Sentyabrda 750 min dollar valyuta daxil olub.
Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac olunur.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
11 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
11 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir




















