“myGov” portalının mobil tətbiqi istifadəyə verilib
"myGov” elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan mobil tətbiqin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirməkdir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq mobil telefonda da vətəndaşlar üçün tələbə-məzun məlumatları, ailə tərkibi, cərimələr, daşınmaz əmlak məlumatları, diplomlar, etibarnamələr, hərbi xidmət haqqında məlumatlar, iş yeri, məcburi köçkün statusu haqqında məlumatlar, qeydiyyatda olan nəqliyyat vasitələri, şəxsi məlumatlar, stasionar telefon məlumatları, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatlarla tanış olmaq “myGov” tətbiqi üzərindən mümkündür. Həmçinin bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyəti istiqamətdə istifadə etmək mümkündür.
“myGov” mobil tətbiqini həm "Android", həm "IOS" əməliyyat sistemlərindən yükləmək mümkündür.
Portalda olduğu kimi mobil tətbiqdə sorğulanmış məlumatlarım xidməti mövcuddur ki, sizin məlumatlarınıza baxan banklar, təşkilatlar və s. qurumlar haqqında məlumat əldə edə bilərsiniz.
Hazırda "myGov”un 465 000-dən çox istifadəçisi vardır. “myGov” istifadəçiləri, həmçinin bura inteqrasiya olmuş bir çox qurumların və sistemlərin xidmətindən də yararlana bilirlər. Portalda qeydiyyatdan keçmək istəyən vətəndaşlar my.gov.az internet səhifəsinə daxil olaraq “Ana səhifə”də yerləşdirilmiş “Giriş qaydaları” ilə tanış ola bilərlər.
Qeyd edək ki, “myGov” elektron hökumət portalı ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə verilib. Qabaqlayıcı hökumət konsepti əsasında yaradılmış portalın əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 2 saat sonra
-
14 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
15 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
15 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb





















.jpg)
