İnqilabi yenilik ola biləcək dərman - Alzheimer üçün çarə gəlir!
Yeni dərman vasitəsi təsdiqlənsə, müalicə sektorunda inqilab yaradacaq....ABŞ-ın transmilli biotexnologiya və əczaçılq şirkəti Biogen Inc. Alzheimer xəstəliyinin müalicəsində inqilabi yenilik ola biləcək dərman vasitəsini tezliklə kütləvi istifadəsinini planlaşdırır.
Marja xəbər verir ki, bunun üçün ABŞ Qida və Dərman vasitələri Administrasiyasının təsdiqi zəruridir. Qurumun bugün məsələ ilə bağlı qərar verməsi gözlənilir.
Alzheimer xəstəliyi demensiyanın geniş yayılmış bir növü olub, daha çox yaşlı insanlarda yaddaş, düşüncə və davranış dəyişikliyinə səbəb olan neyrodegenerativ xəstəlikdir. İlk dəfə 1905-ci ildə alman psixiatr Altos Alzheimer tərəfindən qeydə alınmışdır və onun adını daşıyır. Əsasən 65 yaşdan yuxarı şəxslərdə yayılsa da, son dövrlərdə bu xəstəlik kifayət qədər “gəncləşmişdir”. Təkcə ABŞ-da 6 milyondan artıq şəxs bu xəstəlikdən əziyyət çəkir.
Biogen Inc.-in yapon şirkəti Eisai ilə birlikdə işləyib hazırladığı “Aducanumab” adlı preparat vena daxilinə inyeksiya edilərək, beyində “ərp” yaradan beta amiloid molekullarına “hücum edir” və onları parçalayaraq, Alzheimer xəstəliyinin inkişafını maksimum ləngidir. Bu isə, insanlara həmin xəstəliklə yaşamaqla bərabər, alış-veriş və təmizlik işləri kimi gündəlik fəaliyyətlərini davam etdirməyə imkan yaradır.
Doğrudur, mütəxəssislərin hamısı bu yeni preparatın kəşfinə tam əminliklə yanaşmır. Alzheimer xəstəliyinin müalicəsi ilə əlaqədar 2012-ci ildə ABŞ-ın Pfizer, Johnson&Johnson, 2017-ci ildə Merck, ötən il isə Eli Lilly və İsveçrənin Roche şirkətlərinin birgə sınaqları uğursuz olub. Biogen Inc. özü 2019-cu ildə dərman vasitəsinin sınaqlarını onun effektsiz olması səbəbindən bir dəfə dayandırıb. Lakin şirkət 2020-ci ilin oktyabrında yeni silsilə sınaqlar keçirdikdən sonra, “Aducanumab”ın yüksək dozada tətbiq edildiyi zaman arzuolunan effekti verdiyini açıqlayıb.
ABŞ Qida və Dərman vasitələri Administrasiyası dərman vasitəsinin istifadəsini təsdiqləsə, bu, həm dünyada Alzheimer xəstəliyindən əziyyət çəkən milyonlarla insanlar üçün yeni bir ümid, həm də Biogen Inc. üçün yeni uzunmüddətli gəlir mənbəyi olacaq. Morgan Stanley bankının biotexnologiya üzrə tədqiqat rəhbəri Metyu Harrison Biogenin təkcə “Aducanumab” hesabına 2030-cu ilə qədər 7 milyard dollar, UBS maliyyə xidmətləri şirkətinin analitiki Kolin Bristou isə daha çox - 18 milyard dollara qədər gəlir əldə edə biləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
57 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


















