İyul ayında ölkədə elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt·st, ixracı 153,5 mln. kVt·st, idxalı 11,2 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 mln. kVt·st, ixrac 46,0 mln. kVt·st artıb, idxal isə 1,5 mln. kVt·st azalıb.
Cari ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVt·st artaraq 15845,0 mln kVt·st olub.
Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 395,9 mln. kVt·st artaraq 14754,8 mln kVt·st, SES-lərdə 102,9 mln. kVt·st artaraq 877,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,3 mln. kVt·st azalaraq 212,8 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 55,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 32,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14227,5 mln. kV·ts (İES-lərdə 13463,6 mln. kVt·st, SES-lərdə 763,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 263,9 mln. kV·st (İES-lərdə 131,2 mln. kVt·st, SES-lərdə 103,2 mln. kVt·st, GES-də 29,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,04 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1312,56 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 822,4 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. kVt·st artıb. İrana 152,3 mln. kVt·st, Türkiyəyə 109,1 mln. kVt·st, Rusiyaya 56,1 mln. kVt·st, Gürcüstana isə 504,9 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 100,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt·st artıb. İrandan 19,6 mln. kVt·st, Rusiyadan 55,8 mln. kVt·st, Gürcüstandan isə 24,7 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























