“Zəyəm Texnologiyalar Parkı”nın gəlirləri kəskin artıb
2020-ci ildə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin cəmi əməliyyat gəlirləri 4 milyon 58 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyon 443 min manat və ya 55,2% çoxdur.
Marja xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatından məlum olur.
“Zəyəm Texnologiyalar Parkı” 2019-cu ildə 2 milyon 614 min manat əməliyyat gəlirləri əldə etmişdi.
Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın cəmi xərcləri 6 milyon 790 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 milyon 690 min manat və ya 3,2 dəfə çoxdur. 2019-cu ildə şirkətin cəmi xərcləri 2 milyon 101 min manat olmuşdu.
Xərclər artdığından “Zəyəm Texnologiyalar Parkı” 2020-ci ili 2 milyon 733 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2019-cu ili 513 min manat xalis mənfəət ilə bağlamışdı.
31 Dekabr 2020-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” 17 milyon 231 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 15 milyon 738 min manat cəmi akativlərə malik idi.
Qeyd edək ki, 2020-ci ilin sonunda Cəmiyyətin nizamnamə kapitalı 305 min 246 manat həcmində olmaqla, hər birinin nominal dəyəri 1 manat olan 305 246 səhmdən ibarət olub. ASC hər birinin nominal dəyəri 1 manat olan 18 milyon ədəd əlavə səhm buraxıb. Yerləşdirmədən sonra "Zəyəm Texnologiyalar Parkı"nın nizamnamə kapitalı 18 milyon 305 min 246 manata yüksələcəkdir.
Hüquqi ünvanı Şəmkirdə olan "Zəyəm Texnologiyalar Parkı" ASC metal konstruksiyaların, kənd təsərrüfatı avadanlqıqlarının, dəqiq metal məhsulların istehsalı və quraşdırıllması ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























