Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İaşə nəhənginin xalis mənfəəti 76% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İaşə nəhənginin xalis mənfəəti 76% azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çindəki Amerika fast food şəbəkələrinin operatoru "Yum China"nın, Çinin bir sıra şəhərlərində epidemiya vəziyyətinin pisləşməsi fonunda bu ilin ilk doqquz ayında xalis mənfəəti 76% azalıb və 104 milyon dollar təşkil edib.

Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı Honq-Konq birjasında dərc edilmiş maliyyə hesabatında deyilir.

"Xalis mənfəət ötən ilin eyni dövründəki 439 milyon dollardan 76% azalaraq 104 milyon dollara düşüb", - sənəddə bildirilir.

Şirkət izah edib ki, üçüncü rübün zəif nəticələrinə iyulun sonundan etibarən ölkənin bir sıra regionlarında koronavirusun delta ştammının yayılması təsir edib. Xüsusilə, biznesin pisləşməsinə Nankin və Yangzhou (Şərqi Çin) kimi bir sıra böyük şəhərlərdə tətbiq edilən "kilidləmə" səbəb olub. Həmçinin mərkəzi Henan və Hubey əyalətlərinin inzibati mərkəzləri olan Zhengzhou və Vuhanda da aktivliyin azalması müşahidə olunub. Sentyabrda Fujian (cənub-qərb) və Heilongjiang (şimal-qərb) əyalətlərində epidemik vəziyyətin pisləşməsi qeyd edilib.

Hesabat dövründə şəbəkənin ümumi gəliri 9% artaraq 2,55 milyard dollara çatıb. Eyni zamanda, bu müddət ərzində ölkə üzrə 524 yeni restoran açılıb.

Baş ofisi Şanxayda yerləşən "Yum China", Amerika nəhəngi "Yum"un keçmiş qoludur. Şirkət Çində KFC, Pizza Hut və Taco Bell kimi brendlərin operatorudur. Hazırda şirkət Çinin 1,6 min şəhər və qəsəbəsində 11,4 mindən çox restoranı idarə edir.

Yum China KFC Pizza Hut Taco Bell İaşə
28.10.2021 08:16

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18