Beynəlxalq Enerji Agentliyi neft təklifinin neft tələbini üstələyəcəyini gözləyir
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbinin bu il keçən illə müqayisədə 5 milyon 491 min barel artımla təxminən 96 milyon 282 min barel olacağını gözləyir. Agentlik qlobal neft təklifinin isə 2021-ci ildə 2020-ci illə müqayisədə gündəlik 6 milyon 400 min barel artaraq 99 milyon 220 min barelə çatacağını təxmin edir.
Beynəlxalq Enerji Agentliyi (IEA), qlobal neft tələbindəki bərpaya baxmayaraq, Avropada təkrar artamaqda olan yeni növ koronavirus (Covid-19) dalğası, zəif qalan sənaye fəaliyyətləri və yüksək neft qiymətləri səbəbilə bu il və gələn il üçün qlobal neft tələbinin artması üzrə proqnozlarını sabit saxlayıb.
Marja xəbər verir ki, IEA-nın in oktyabr ayına dair "Neft Bazarı Hesabatı"na görə, yüksələn təbii qaz qiymətlərinin neft istifadəsini təşviq etməsilə tələbdə normal şərtlərə müqayisədə gündəlik 400 min barel artım gözlənilir.
Agentlik, qlobal neft tələbinin artması üzrə proqnozlarını bir əvvəlki hesabatı ilə müqayisədə dəyişməz saxlayaraq, bu il üçün 170 min barel, 2022-ci il üçün isə 210 min barel artım proqnozlaşdırır.
Beləliklə, qlobal neft tələbinin bu il keçən illə müqayisədə 5 milyon 491 min barel artımla təxminən 96 milyon 282 min barel olması gözlənilir. Tələbin, gələn il isə gündəlik 3 milyon 371 min barel artımla 99 milyon 653 min barelə çataraq pandemiyadan əvvəlki səviyyələrinə çatacağı nəzərdə tutulur.
Hesabata görə, pandemiyanın ortaya çıxdığı 2020-ci ildə gündəlik 90 milyon 791 min barelə qədər geriləyən qlobal neft tələbi, 2019-da 99 milyon 542 min barel səviyyəsində reallaşmışdı.
QLOBAL NEFT TƏKLİFİ ARTIB
Hesabata görə, qlobal neft istehsalı, oktyabr ayında sentyabr ayı ilə müqayisədə 1 milyon 400 min barel artımla gündəlik 97 milyon 670 min barel səviyyəsində reallaşıb. Bu artımdakı başlıca faktor, avqust ayının sonundakı İda qasırğası səbəbilə istehsalın dayandığı dünyanın ən böyük neft istehsalçısı ABŞ-da hasilatın bərpası olub.
Qlobal neft təklifinin oktyabr-dekabr dövründə 1 milyon 500 min barel artacağı nəzərdə tutulur, bu artımın 400 min barellik qisiminin ABŞ-dan gələcəyi, Səudiyyə Ərəbistanı və Rusiyanın isə OPEC+ hədəflərilə uyğun olaraq 330 min barellik artım təmin edəcəyi təxmin edilir.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı isə oktyabrda bir əvvəlki ay ilə müqayisədə təxminən 240 min barel artımla 27 milyon 420 min barelə yüksəlib.
Hesabata görə, qlobal neft təklifinin 2021-ci ildə 2020-ci illə müqayisədə gündəlik 6 milyon 400 min barel artaraq 99 milyon 220 min barelə çatacağı təxmin edilir.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
27 d. əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
- 34 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!
