Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
Dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti Qobustanda 28 m/s, Daşkəsəndə 25 m/s, Xınalıqda 24 m/s, Altıağacda 18 m/s, Lerik, Astarada 17 m/s, Qubada 16 m/s, Yardımlıda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Maştağa, Qum adası, Binədə 18 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s, Sumqayıtda 15 m/s-ə çatıb.
Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.
Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək.
Sabah gündüz saatlarında külək zəifləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























