Dövlət Neft Fondu daha iki layihə üçün dollar verəcək
Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurma işləri üçün lazım olan vəsait Azərbaycan Dövlət Neft Fondundan veriləcək.
Bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib: "Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya işlərinin maliyyələşməsi tam olaraq dövlət tərəfindən həyata keçiriləcək. Son bir ay ərzində bu məsələlər artıq dövlət səviyyəsində həll olunub. Lazım olan vəsait Dövlət Neft Fondundan dollarla veriləcək".
O qeyd edib ki, bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması hesabına olacaq.
Onun sözlərinə görə, "Azərikimya" İstehsalat Birliyində işlər üçün isə dövlət zəmanəti ilə kredit cəlb olunmasına icazə verilib.
"İl yarım əvvəl "UOP" və "Fluor" şirkətləri texniki-iqtisadi əsaslandırma apardılar. Həmin vaxt təxmini qiymət 1,3 mlrd. ABŞ dolları hesablanırdı. Bu vəsaitin təqribən 300 mln.dolları "Azərikimya" İB-yə, 1 mlrd. dollara yaxın isə Neft Emalı Zavodu üçün nəzərdə tutulurdu. Sonra isə ətraflı olaraq bu işlərlə məşğul olmağa başladıq. Daha dəqiq qiymət tenderlər başa çatdıqdan sonra müəyyənləşir. Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İB-nin modernizasiya və yenidənqurma işləri üçün lazım olan son rəqəm təqribən 1,8 mlrd. dollar qiymətləndirilir", - deyə SOCAR rəsmisi qeyd edib.
T.Qəhrəmanovun sözlərinə görə, "Azərikimya" üçün təqribən 320-340 mln. dollar lazım ola bilər.
T.Qəhrəmanov bildirib ki, Neft Emalı Zavodunda işlər üçün isə lazım olan vəsait 1,5 mlrd. dollar həcmində qiymətləndirilir: "Zavodda modernizasiya işlərinin qiymətinin artmasına səbəb ümumzavod təsərrüfatının yaxşı vəziyyətdə olmamasıdır".
Onun sözlərinə görə, indiyə qədər hər iki layihə üçün sərf olunan vəsaitin həcmi 400 mln. manat təşkil edir.
SOCAR-ın vitse-prezidenti həmçinin qeyd edib ki, avqust ayında Neft Emalı Zavodunun təmirə dayandırılması planlaşdırılır.
© Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 d. əvvəl
FMG Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə əməkdaşlığa başlayıb
-
34 d. əvvəl
Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır
-
-
52 d. əvvəl
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hyundai Servisdən zəmanəti bitmiş avtomobillər üçün yağdəyişmə kampaniyası
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ
Ən çox oxunanlar
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
Vergi-gömrük sahəsində güzəşt və azadolmalar təsnifləşdiriləcək
Gənclər Günü münasibətilə Prezidentdən təbrik
Ölkəyə gətirilən mobil telefonlar üçün gömrük rüsumunun necə hesablanacağı açıqlanıb
Chevron və ExxonMobil-in mənfəəti azalıb
Nazir bp-nin regional prezidentilə görüşüb, razılıq əldə olunub
"İran bizimlə ciddi şəkildə danışıqlar aparır"
Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq












.png)










