ABŞ-da istehsalçı qiymətlərində rekord artım
ABŞ-da istehsalçı qiymətləri indeksi illik 9,6 faizə yüksəlib ki, bu da 2010-cu ildən bəri ən yüksək səviyyədir.ABŞ Əmək Nazirliyinin məlumatına görə, istehsalçı qiymətləri indeksi (istehsal inflyasiyası göstəricisi) noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,8 faiz, ötən ilin noyabr ayı ilə müqayisədə isə 9,6 faiz artaraq proqnozları üstələyib.
Marja.az xəbər verir ki, iqtisadçıların orta proqnozları aylıq 0,5 faiz, illik 9,2 faiz təşkil edirdi.
Bu il nəqliyyat problemləri və tələbatın artması səbəbindən xammal xərcləri xeyli artıb. Bu gün açıqlanan istehsalçı qiymətləri indeksi rəqəmlərinin qarşıdakı aylarda istehlakçı qiymətləri indeksində (inflyasiya göstəricisi) əks olunacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, ABŞ-da illik inflyasiya noyabrda 6,8 faiz təşkil edərək son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Məlumatlar FED-in gələn il siyasətini sərtləşdirəcəyi gözləntilərini gücləndirir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir







.jpg)














