“TikTok Kitchen” brendi altında restoran açılır
"TikTok" sosial media tətbiqi “TikTok Kitchen” brendi ilə amerikalılara "viral" yeməklər çatdıracaq. Mart ayında 300 "TikTok Kitchen" mağazası açaraq fəaliyyətə başlayacaq şirkətin məqsədi il ərzində 1000 restorana çatmaqdır. Şirkət ABŞ-ın kuryer şirkəti "Grubhub" ilə əməkdaşlıq edərək "TikTok Kitchen" restoranlarındakı yeməkləri müştərilərə çatdıracaq."TikTok" “TikTok Kitchen” brendi ilə ABŞ-da 1000 restoran açacaq.
Marja.az xəbər verir ki, menyulara yalnız "TikTok" tətbiqində viral olan yeməklər daxil ediləcək. Menyular hər rüb yeni viral yeməklərlə əvəz olunacaq. "TikTok Kitchen", satışdan əldə edilən gəlirin böyük hissəsinin menyu yaradıcılarına dəstək olmaq üçün platformadakı yaradıcılara veriləcəyini açıqlayıb. Məqsəd məzmun yaradıcılarına dəstək olmaq və onların yaradıcılığını artırmaqdır. TikTok deyir ki, investisiya restoran biznesinə girməkdən daha çox marketinq strategiyasıdır.
“TikTok Kitchen"dəki yeməklər "Grubhub" vasitəsilə insanların qapısına çatdırılacaq.
"Grubhub", onlayn yemək sifarişi və çatdırılması sahəsində istifadəçilərə xidmətlər göstərən Çikaqoda yerləşən texnologiya şirkətidir. Şirkət ABŞ-ın 3200 yaşayış məntəqəsindəki 115 000 restoranla müqavilə əsasında 19,9 milyon istifadəçiyə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















