Almaniya və Fransada elektrik enerjii qiymətləri tarixi rekordları yeniləyir
Avropa İttifaqı tarixinin ən pis enerji böhranına doğru gedir.
Marja.az xəbər verir ki, Fransa və Almaniyada elektrik enerjisi qiymətləri çərşənbə axşamı tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dolları ötmüş qaz qiymətlərindən sonra tarixi rekordları yeniləyib.
Gün ərzində 22% və dekabrın əvvəlindən bu yana 89% yüksələn təbii qazın yanvar qaz fyuçersləri, Qazprom Yamal-Avropa boru kəməri ilə nəqlini dayandırdıqdan sonra ICE birjasında 2100 dollara yüksəlib.
Yaxınlaşan soyuq hava və yeraltı anbarlarda aşağı ehtiyatlar qiymətlərin rekordlar qırmasına səbəb olur.
Almaniyada 1 meqavat-saat elektrik enerjisinin qiyməti ayın əvvəlindən 114% artaraq rekord həddə - 428 avroya çatıb.
Fransada bir gün əvvəl kotirovkalar da meqavat-saat üçün 400 avronu keçib və qiymət ilin əvvəli ilə müqayisədə təxminən 10 dəfə yüksəlib.
Fransada vəziyyət AES-lərin kütləvi şəkildə dayandırılması ilə daha da ağırlaşır. Pik istehlaka baxmayaraq, AES-lərin gücünün 25%-i fəaliyyətsizdir.
Ölkənin şərqindəki Bugey Atom Elektrik Stansiyası işçilərin tətili səbəbindən istehsalı 5 dəfə azaldıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















