Azərbaycanda diod və mikrosxemlərin istehsalı təşkil olunacaq
AMEA Yüksək Texnologiyalar Parkının yeni rezidenti “BEYT” MMC tərəfindən LED lampa üçün diod və mikrosxemlərin istehsalı həyata keçirələcək.
Parkdan Marja-ya verilən məlumata görə, Azərbaycanda LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunur. Layihənin həyata keçməsi ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaqdır. Müəssisədə 30 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Bundan əlavə, istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə - qurulacaq 3 robot vasitəsilə həyata keçirələcək.
Qarabağda yaradılan “ağıllı şəhər” və “ağıllı kənd” lahiyələrində yalnız LED lampaların istifadəsinin planlandırılması, bu məhsullara olan marağın daha da artacağını proqnozlaşdırmağa əsas verir.
Layihənin ölkəmizdə icrası xaricə valyuta axının qarşısının alınması ilə yanaşı, LED lampaların maya dəyərinin də aşağı düşməsinə dəstək verəcəkdir. Həmçinin istehsal olunacaq yüksək keyfiyyətli diod və mikrosxemlərin daxili bazarda satışı ilə bərabər, həm də Gürcüstan, Rusiya və digər ölkələrə ixracı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 12 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























