Çexiyanın pivə istehsalçıları Rusiyaya pivə ixracını dayandırdılar
Çexiyanın pivə istehsalçıları Rusiyaya pivə tədarükünü dayandırdılar. Boykot "Plzensky Prazdroj", "Staropramen", "Budejovicky" "Budvar" və "Bernard" kimi şirkətlər tərəfindən elan edilib.Ukrayna hadisələri ilə əlaqədar Çexiyanın ən böyük pivə istehsalçıları tərəfindən Rusiyaya pivə tədarükü dayandırılıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü “Lidove noviny” qəzeti məlumat yayıb.
Söhbət "Plzensky Prazdroj", "Staropramen", "Budejovicky Budvar" və "Bernard" pivə şirkətlərindən gedir. Bu şirkətlər Rusiya Federasiyasına məhsulların göndərilməsi üçün sifarişlərin qəbulunu dayandırıblar. Çexiyanın digər içki istehsalçıları da boykota qoşula bilər.
Çexiya pivəsi ixracının ümumi həcminin 10%-i Rusiyanın payına düşür.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın qondarma Donbass republikalarının (DNR və LNR) suverenliyini tanıdığını bəyan edib. Onların rəhbərləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb. Cümə axşamı səhər Putin qondarma Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Rusiya lideri vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil. .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















