Rusiyanın reytinqi bir həftədə ikinci dəfə aşağı salındı - Ölkənin defolt riski artb
S&P kredit reytinq agentliyi Rusiyanın kredit reytinqini bir həftə ərzində ikinci dəfə aşağı salıb. Agentliyin məlumatına görə, beynəlxalq sanksiyalar Rusiyanın mövcud valyuta ehtiyatlarını demək olar ki, yarıya qədər azaldıb.Beynəlxalq reytinq agentliyi S&P Rusiyanın uzunmüddətli xarici valyutada suveren kredit reytinqini “BB+”-dan “CCC-”-yə, milli valyutada uzunmüddətli reytinqini isə “BBB-”-dən “CCC-”-yə endirib.
Marja xəbər verir ki, reytinqlər "mənfi" proqnozla "CreditWatch" siyahısına (reytinq nəzərdən keçirilir) yerləşdirilib.
Agentliyin məlumatına görə, beynəlxalq sanksiyalar Rusiyanın mövcud valyuta ehtiyatlarını, o cümlədən xarici valyutada depozitlər və ABŞ, Avropa İttifaqı və Yaponiyada qeydə alınmış qiymətli kağızlar da daxil olmaqla, demək olar ki, yarıya qədər azaldıb ki, bu da xarici valyutaya tələbatın artdığı bir vaxtda ölkənin xarici likvidliyini zəiflədib.
Açıqlamada qeyd edilib ki, sanksiyalardan sonra Rusiyanın defolt riskini əhəmiyyətli dərəcədə artb.
G7 ölkələrindən yeni məhdudiyyətlərin və Rusiya hökumətinin rublu qorumaq üçün tətbiq etdiyi kapital nəzarətinin ölkənin borcunu ödəmə qabiliyyətini məhdudlaşdıra biləcəyinə diqqət çəkilərək, ölkənin “mənfi” monitorinqdə olduğu bildirilib.
Standard & Poor's (S&P) fevralın sonunda Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqin “BBB-”dən “BB+”a, yerli valyutada uzunmüddətli kredit reytinqini isə “BBB”dən “BBB-”yə endirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















