"Rusiyada McDonald's-ın restoranlarını bağlaması şirkətə ayda 50 milyon dollara başa gələcək"
Amerika korporasiyası Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiyadakı restoranları bağlayacaq və bazardakı bütün əməliyyatları dayandıracaq. Rusiyada McDonald's restoranlar şəbəkəsinin müvəqqəti dayandırılması şirkətə ayda 50 milyon dollara başa gələcək.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü şirkətin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.
Çərşənbə axşamı Amerikanın McDonald's korporasiyası Ukrayna ətrafında baş verən hadisələrə görə Rusiyadakı bütün restoranlarını müvəqqəti bağlayacağını və Rusiya bazarındakı bütün fəaliyyətini dayandıracağını açıqlayıb. McDonald's-ın baş direktoru Kris Kempçinski çərşənbə axşamı şirkətin saytında dərc olunmuş işçilərə məktubunda bildirib ki, şirkət Rusiyadakı bütün işçilərinə maaş verməyə davam edəcək, "Ronald McDonald House" xeyriyyə təşkilatı isə həm Rusiya, həm də Ukraynada fəaliyyətini davam etdirəcək.
Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra bir çox iri xarici şirkətlər Rusiyada fəaliyyətlərini məhdudlaşdırdıqlarını açıqlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























