İş adamı Azərbaycanı Hindistana bənzər mərkəzə çevirməyi hədəfləyir – 10 MİLYON MANAT SƏRMAYƏ
Xəbər verdiyimiz kimi, “4MAPS Bilgi Teknolojileri” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentlik statusu verilib. Məlumata görə, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsini həyata keçirəcək.
İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə ilk mərhələdə 750 iş yerinin yaradılması nəzərdə tutulur.
“4MAPS Bilgi Teknolojileri” şirkətinin təsisçisi Abdullah Demirtaş Marja.az-a bildirdi ki, Parkın ərazisində 6 mərtəbəli tədqiqat-inkişaf mərkəzi və daxilində restoranların fəaliyyət göstərəcəyi biznes mərkəzi tikiləcək:
“Bizim şirkət xəritəçəkmə və naviqasiya xidmətləri platforması “HERE” qlobal tərəfdaşıdır. Həmçinin “Yandex” şirkətinin Azərbaycan üzrə məlumat təchizatçısıyıq. “Yandex Map” xəritəsi üzrə məlumatları biz toplayıb göndəririk. Bunlardan başqa, və “Apple” ilə əməkdaşlıq edirik. Şərqi Avropa, Gürcüstan, Müstəqil Dövlətlər Birliyi, Orta Asia ölkləri üçün xəritlərin formalaşdırılması mərkəzini (prosesinq mərkəzini) Azərbaycanda qurmağı nəzərdə tuturuq”.
Abdullah Demirtaş qeyd edib ki, Azərbaycanda Hindistan modelinin tətbiqi hədəflənir. Belə ki, xarici şirkətlər öz informasiya texnologiyaları, o cümlədən məlumatların toplanması, emalı, proqramlaşdırma üzrə bir çox işlərini Hindistanda həyata keçirirlər:
“Əsas fəaliyyətimiz coğrafi (xəritə) məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələri hazırlanması xidmətləri olsa da, araşdırma – inkişaf mərkəzinin daxilində proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması üzrə də xidmətlər göstərməyi nəzərdə tuturuq.
Hinditanda işçi qüvvəsi ucuz olduğundan xarici şirkətlər məhsulların formalaşdırılması, rəqəmsallaşdırma üzrə işləri bu ölkədə gördürürlər. Azərbaycanın daxil olduğu coğrafiyada proqramlaşdırma, dəstək, rəqəmsallaşdırma, çağrı mərkəzi xidmətləri üzrə xidmətlər göstərən mərkəz yoxdur. Biz də Azərbaycanı Hindistana bənzər rəqəmsal məhsulların formalaşdırılması və satışı mərkəzinə çevirməyi qarşımıza məqsəd qoymuşuq. Bu mərkəzi “Azərbaycanın Silikon Vadisi” kimi də başa düşmək olar. İlk hədəf 750 iş yeri açmaqdır, növbəti mərhələdə işçilərin sayını 1500-ə çatdırmağı planlaşdırırıq”.
“4Maps İnformasiya Texnologiyaları” şirkəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətilə əməkdaşlıq edir. Şirkət təmannasız Qarabağ Xəritə Məlumatlarının “HERE” xəritə məlumatlarına inteqrasiyası üzrə işlər görür. İşlər iyun ayında başa çatacaq.
Abdullah Demirtaş bildirib ki, iqtisadi sabitliyi və təşviqləri Azərbaycanı sərmayələr üçün cəlbedici edir: “Tərəfdaşlarımız Sovetlər Birliyinin tərkibində olmuş bir ölkədə şirkət qurulmasını istəyirdilər. Mən də həmin şirkəti qardaş Azərbaycanda qurdum. Azərbaycanda iqtisadi sabitlik mövcudur, həmçinin sənaye parklarında yaradılan şirkətlərə, vergi və gömrük güzəştləri təqdim edilir. Bu səbəbdən də Azərbaycanda şirkətimiz Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcəkdir”.
İş adamı əlavə etdi ki, layihənin təməli qoyulduqdan sonra 18-22 ay müddətində başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb























