Fermerlərə çox ciddi ziyan dəyib, sığortalanmış sahələrdə 278 milyon manatlıq risk
Azərbaycana Türkiyədən peşəkar ekspertər cəlb edildi.Son günlərdə ölkə ərazisindəki qeyri-sabit və dəyişkən hava şəraiti ilə əlaqədar olaraq təsərrüfat sahibləri xeyli miqdarda zərərlə üzləşmişdir.
Aqrar Sığorta Fondundan Marja-az-a daxil olmuş məlumata görə, məxsusən geridə qoyduğumuz günlərdə respublikanın Şəki-Zaqatala, Dağlıq Şirvan, Aran, Qarabağ, Lənkəran-Astara və digər bölgələrində baş vermiş dolu, fırtına, sel və ya subasma, həmçinin də üçüncü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə çox ciddi ziyan dəymişdir.
Qeyd edilib ki, aqrar sığorta mexanizmi məhz yuxarıda sadalanan hallarda təsərrüfat sahiblərinin üzləşdiyi zərərləri qarşılamaq və onların növbəti əkin illərində də davamlı fəaliyyətinin təmin edilməsində müstəsna rola malikdir. Ölkə ərazisindəki 285 min hektara yaxın əkin sahəsi dövlət dəstəyi və güzəşti ilə aqrar sığorta təminatı altına alınmışdır.
Aparılan ilkin qiymətləndirməyə əsasən sığortalanmış əkin sahələri 278 milyon manat məbləğində risk daşıyır.
"Qeyd etmək gərəklidir ki, sığorta təminatı verilmiş təsərrüfat sahələrinin 30 min hektarı qismən və ya tamamilə zərərə uğramışdır. Məhz son dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində ziyan dəymiş əkin sahələrinindəki zərər miqdarının ən qısa zamanda qiymətləndirilməsi və ödənişlərin həyata keçirilməsi üçün Aqrar Sığorta Fondu bütün imkanları ilə səfərbər olmuşdur. Belə ki, bu prosesinin sürətləndirilməsi üçün görüləcək müvafiq işlərə dəstək və təcrübə mübadiləsi məqsədilə qardaş ölkə - Türkiyə Respublikasından bu sahədə olduqca peşəkar 10 müstəqil ekspert də cəlb edilmişdir",- məlumatda deyilir.
Dəymiş ziyanın vaxtında qiymətləndirilməsi və üzləşilən zərərlərin qarşılanması üçün aqrar sığortalıların məhsul yığımı və ya biçin tarixindən öncə ən qısa zamanda baş vermiş hadisə barəsində Aqrar Sığorta Fondunun çağrı mərkəzinə, yəni 1651 qaynar xəttinə məlumat verməsi tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















