Sumqayıt Kimya Sənaye Parkında daha bir şüşə tara zavodu inşa ediləcək
Gürcüstan, Rumıniya, Bolqarıstanın Azərbaycan istehsalı olan şüşə taralarına tələbatları var.
Bunu dünən Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi "Glassica" müəssisənin direktoru İbrahim Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təməli 2021-ci il yanvarın 18-də dövlət başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq:
“Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib".
O əlavə edib ki, yaxın vaxtlarda ikinci mərhələ üzrə yeni zavodun tikintisi nəzərdə tutulur: “Müəssisə bu ərazi ilə üzbəüz tikiləcək. İllik 120 milyon həcmində butulka istehsalı nəzərdə tutulur. Bizim məqsədimiz yerli bazarı tam təmin etməkdir".
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























