Azərbaycanda “e-tikinti.gov.az” portalı yaradılır
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun onlayn iclası baş tutub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumatda bildirilir ki, iclasda İşçi qrupun 2022-ci il üzrə fəaliyyət planına əsasən “Bir pəncərə” e-sisteminin funksionallığının təkmilləşdirilməsi, tikintiyə və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması, qeyd olunan sahələr və eləcə də tikintidə keyfiyyətə nəzarətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, aparılan islahatlara dair kommunikasiya əlaqələrinin qurulması və məlumatlandırma işinin təşkilinə dair cari ilin yanvar-iyul ayları ərzində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilmiş işlər müzakirə edilib. Onlayn görüş çərçivəsində həmçinin tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra vəziyyəti barədə ətraflı məlumat verilib, buna dair statistik məlumatları və təhlilləri əks etdirən təqdimatlar nümayiş etdirilib.
İclasda xidmәtlәrin rәqәmsallaşdırılmasının vacibliyi qeyd edilərək “e-tikinti.gov.az” portalının yaradılmasına, tikinti və istismar üçün icazələrin və məlumatlandırma icraatı üzrə razılaşmaların yalnız elektron sistem vasitəsilə verilməsi tələbinin qanunvericilikdə təsbit edilməsinə, müraciət və icazələrin ümumi sayında “Bir pəncərə” e-sistemi vasitəsilə verilənlərin xüsusi çəkisinin artırılmasına, sistem üzərindən edilən ödənişlərin Hökumət Ödəniş Portalı vasitəsilə icrasının təmin edilməsinə, vətəndaşlara təqdim edilmiş elektron ünvan arayışları ilə bağlı məlumatların, habelə Daşınmaz əmlakın kadastrı və reyestrini aparan qurumun sözügedən e-sistemə inteqrasiyasına dair görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Eyni zamanda, iclasda şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl təcrübəyə və şəhərsalma sahəsinin məqsədlərinə uyğun şəkildə təkmilləşdirilməsi və tətbiqi üçün tədbirlərin, habelə aidiyyəti dövlət qurumlarında tikintiyə və istismara icazələrin verilməsi ilə bağlı istifadə olunan mövcud sistemlərin qarşılıqlı effektiv fəaliyyətinin və məlumat mübadiləsinin təmin edilməsinə dair təkliflər səsləndirilib.
Bundan əlavə, tədbirlərin vaxtında və koordinasiyalı şəkildə icrasında işçi qrup üzvlərinin rolunun əhəmiyyəti vurğulanaraq fəaliyyət planında nəzərdə tutulan maarifləndirici seminarların və proqramların təşkili ilə bağlı vəzifə bölgüsü müəyyən edilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaqdır. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, bu istiqamətdə hazırlanacaq proqram və layihələrinin həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya tərəfindən 2018-ci ildən etibarən “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupu da daxil olmaqla ümumilikdə 19 işçi qrupu yaradılıb. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun tərkibi rəhbər, katib və 24 üzvdən ibarətdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























