Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

AzVak-mobil_resmin_ustu_31
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 24 iyun 2026-cı il tarixində saat 11:00-da yayımlanacaqdır.

İş elanları AzVak.az-da

Reklam_3_11

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.

4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.

2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır). 

6 may 2026-cı il tarixində də, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə 0,1 faiz təşkil edib.

İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (2%-6% aralığı) olduğu üçün faizlərin bu dəfə də sabit saxlanılacağı ehtimalı yüksəkdir.  Eyni zamanda, ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması, Hörmüz boğazının açılması, neft qiymətlərinin düşməsi qlobal inflyasiya təzyiqlərini nisbətən səngidib.

"Ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcəkdir. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcəkdir",  - Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində yaydığı press-relizində qeyd etmişdi.

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB faiz qərarı faiz dəhlizi uçot dərəcəsi faiz dəhlizinin parametrləri AMB press-relizi 24 iyun 2026 faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti Azərbaycanda uçot dərəcəsi faizlərin sabit saxlanılması faiz dəhlizinin aşağı həddi faiz dəhlizinin yuxarı həddi inflyasiya Azərbaycanda inflyasiya illik inflyasiya istehlak qiymətləri indeksi Dövlət Statistika Komitəsi qida inflyasiyası qeyri-qida məhsulları ödənişli xidmətlər AMB inflyasiya hədəfi 2-6 faiz hədəf diapazonu pul siyasəti monetar siyasət makroiqtisadi təhlil inflyasiya proqnozu idxal inflyasiyası nominal effektiv məzənnə geosiyasi risklər Yaxın Şərq gərginliyi ABŞ İran anlaşması Hörmüz Boğazı neft qiymətləri qlobal inflyasiya təzyiqləri təchizat zəncirləri enerji bazarları ticarət tərəfdaşları faizlərin endirilməsi faizlərin dəyişməz saxlanılması Mərkəzi Bank qərarı 2026 Azərbaycan iqtisadiyyatı maliyyə bazarları bank sektoru manat məzənnəsi
24.06.2026 09:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19