Çindəki vəziyyət fonunda misin qiyməti aşağı düşüb
Bazar ertəsi misin qiyməti 1,8% düşüb.
Marja xəbər verir ki, Çində karantin məhdudiyyətlərinə görə davam edən etiraz aksiyaları metala tələbat proqnozlarına mənfi təsir edir və kotirovkalar düşür.
Comex birjasında mart ayı mis fyuçersləri 1,83% geriləyərək bir funt üçün (təxminən 0,45 kiloqram) 3,564 dollara düşüb.
Cümə günü ticarətin yekunlarına görə, London Metal Birjasında (LME) bir ton misin dəyəri 0,41% azalaraq 8 008 dollar, alüminiumun qiyməti 0,21% azalaraq 2362,5 dollar təşkil edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutasından ibarət səbətə nisbətdə məzənnə) 0,33% artaraq 106,31 bənd təşkil edib. Dolların bahalaşması əmtəələrin, o cümlədən misin digər valyutalarda alınmasını çətinləşdirir. Dolların bahalaşması və tələbatla bağlı narahatlıqlar fonunda neft də təxminən 3% ucuzlaşıb.
Çinin bir sıra şəhərlərində, o cümlədən Pekin və Şanxayda karantin məhdudiyyətlərinin sərtləşdirilməsi ilə əlaqədar etiraz aksiyaları keçirilir. Anti-kovid tədbirlərinin gücləndirilməsi ölkədə gündəlik yoluxma faktlarının artmasından sonra baş verir.
Çin misin ən böyük istehlakçısıdır, buna görə də iqtisadiyyatla bağlı qorxular, xüsusən də rəsmi Pekinin koronavirusa qarşı sərt siyasəti səbəbindən bu sənaye metalına tələb proqnozlarını azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















