Şəkinin Kiçik Dəhnə kəndi yüksəksürətli internetlə təmin edilir
“Aztelekom” MMC Şəkinin Kiçik Dəhnə kəndində GPON texnologiyası əsasında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb.
MMC-nin yaydığı məlumatda bildirilir ki, yaşayış məntəqəsində “Aztelekom”un yeni texnologiyaların tətbiq olunması ilə şəbəkələrin genişləndirilməsi layihəsinin icrasına 2021-ci ilin oktyabr ayında başlanılıb. Kənd daxili şəbəkədəki bütün köhnəlmiş rabitə dirəkləri yeniləri ilə əvəz edilib, fiziki kabellərin əvəzinə fiber-optik kabellərin çəkilməsi təmin olunub. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı (OLT) istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb.
Rəsmi statistikaya əsasən Kiçik Dəhnə kəndində 2800 ev təsərrüfatı var. 2022-ci ilin sentyabr-dekabr ayları ərzində mövcud TDM stansiyasının 869 abunəçisi OLT stansiyasına miqrasiya olunub, 450 kənd sakininin mənzilinə yeni telefon və internet xətti çəkilib. Hazırda kənddə 1319 GPON istifadəçisi var.
Kiçik Dəhnə kəndindəki hər bir ev təsərrüfatının müqavilə əsasında GPON şəbəkəsinə qoşulması üçün texniki imkanlar mövcuddur.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
– internet
– internet + telefoniya
– internet + televiziya
– internet + telefoniya + televiziya
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə 156a, tel.: (024) 244 18 90, (024) 244 18 99, (024) 244 90 54,), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















