Əmlakda Bakı üzrə 6 ayda 10 mindən çox illkin qeydiyyat!
Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. Bunu statistik göstəricilər də təsdiqləyir.
Belə ki, statistik məlumatlara əsasən 2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12%-artım deməkdir. Bu göstəricinin 28 min 500-ə yaxını (30,4%) ilkin, 65 minə yaxını (69,6%) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 min 498-i fərdi yaşayış və bağ evi, 23 min 758-i mənzil, 47 min 233-ü torpaq sahəsi, 1725-i qeyri-yaşayış binası, 1568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil etmişdir.
İlkin qeydiyyatın 10 min 654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7 faiz artmışdır.
Bundan başqa 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5913 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 17,2 faiz artmışdır. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilmişdir.
İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.
Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.
2017-ci ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 81 min 129 təşkil etmişdir.
2017-ci ilin ilk 6 ayı ərzində hüquqi və fiziki şəxslərə 72 min 578 məhdudiyyət arayışı verilmişdir. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 19,0 faiz artımın olduğu müşahidə edilmişdir.
Cari ildə 17 min 193 ipoteka müqaviləsi bağlanmışdır. Bunlardan 3138 torpaq sahəsi, 8133-ü mənzil, 4013-ü fərdi yaşayış və bağ evləri, 1909 isə digərinə aid olmuşdur.
Bu il ərzində 1600-dən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmışdır. Bundan başqa əhaliyə xidmətlə bağlı 33 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilmişdir.
Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirmişdir. Cari ildə “Əmlakın qeydiyyatı kalkulyatoru vətəndaşların istifadəsinə verilmişdir. Sistem vasitəsilə vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. İstifadəyə verildiyi müddətdən bu günə kimi sistemdən 20 min vətəndaş yararlanıb.
Bundan başqa daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarış və arxivlərin elektronlaşması ilə bağlı işlərə başlanılmış və əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olmuşdur.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənmişdir. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilmişdir. Keçirilmiş 14 kampaniyanın 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
5 d. əvvəl
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
-
12 d. əvvəl
THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!
- 27 d. əvvəl
-
41 d. əvvəl
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
-
59 d. əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
1 saat əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
-
2 saat əvvəl
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
İyulun 2-də gözlənilən hava şəraiti
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
Ən çox oxunanlar
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb



















