970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb

AzVak-mobil_resmin_ustu_31
7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində restoran və iaşə obyektlərində keyfiyyətsiz və mənşəyi məlum olmayan ətlərin qarşısının alınması məsələsindən danışıb.

Sədr bildirib ki, AQTA-nın fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb:

"Məsələ, əslində, bundan əvvəl toxunduğumuz identifikasiya məsələsinin davamıdır. Bilavasitə identifikasiya ona görə tətbiq olunmalıdır ki, həm kəsim məntəqələrində, həm də ictimai iaşə müəssisələrində ətin üzərində effektiv nəzarəti həyata keçirmək mümkün olsun və keyfiyyətsiz, yararsız ətlər bu və ya digər yollarla ticarət şəbəkələrinə və ictimai iaşə müəssisələrinə daxil olmasın. Bu, bayaq haqqında danışdığımız identifikasiya sisteminin əsas tərkib hissələrindən biridir. Tərəfimizdən ictimai iaşə müəssisələrində mütəmadi monitorinqlər və yoxlamalar aparılır. Fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları regionda ən müasir laboratoriyalardan biridir. Bu yeganə laboratoriyadır ki, bizə 150 milyon toksik elementi təyin etmək imkanı verir. Eyni zamanda müxtəlif ət növlərinin genetik mənşəyini müəyyən edə bilirik. Bu da bizə imkan verir ki, saxtakarlıq hallarını aşkarlayaq. Məsələn, başqa mənşəli ətlər mal və ya qoyun əti adı altında məhsullara qatıldıqda bunu laborator müayinələr vasitəsilə müəyyən etmək mümkündür. Hesabat dövründə ictimai iaşə müəssisələrindən 500 kiloqrama yaxın yararsız ət dövriyyədən kənarlaşdırılıb. Bundan əlavə, laboratoriyalarımız müxtəlif məhsulların mənşəyini müəyyən etməklə yanaşı, GMO qalıqları və digər göstəricilər üzrə də ekspertizalar aparmaq imkanına malikdir".

İş elanları AzVak.az-da

01.07.2026 09:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19