Çinin elektromobil istehsalçıları səhm bazarını silkələyir - 14 MİLYARDA YAXIN...
Çinin elektrikli avtomobil istehsalçıları 13,65 miyard dollar dəyər qazanıb. Teslanın ardınca onun rəqibləri da səhm bazarını silkələyir.ABŞ səhm birjalarında qeydiyyatdan keçmiş Çinin elektromobil istehsalçıları Nio, Xpeng Motors və Li Auto səhmlərin dəyərinin artması sayəsində ümumilikdə öz bazar dəyərini 13,65 milyard dollar artırmışdır. Marja xəbər verir ki, Çin startapları günlük artımlarda əsas rəqibləri Teslanı da qabaqlayır.
Xatırladaq ki, dünən – martın 9-da Teslanın səhmləri son bir neçə həftə ərzində ilk dəfə olaraq 14%, gün sonunda isə 20%-ə yaxın dəyər qazanaraq itirdiyi bazar dəyərini bərpa edə bilib. Nio günü 17,44% artımla bir səhmə görə 41,35 dollarla, Li Auto səhm dəyərini 8,2% artıraraq 23,08 dollarla, Xpeng Motors isə 11,33% artım əldə edərək 29,97 dollarla yekunlaşdırıb.
Reutersin üç elektromobil istehsalçısının bu il mümkün qədər tez bir müddətdə Honkonq birjasında ikinci listinqə çıxacağı barədə xəbəri də onların səhm qiymətlərində ciddi artıma təkan verib.
Nio, Li Auto və Xpeng öz aralarında da ciddi rəqabət aparır. Nio son 12 ay ərzində təxminən 10 dəfə artıb, Xpeng isə ötən ilin avqustunda Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsindən sonra ikiqat səhm dəyəri qazanıb.
Hər üç istehsalçı bu ilin birinci rübündə gözlənilən satışlar barədə proqnozlarını açıqlayıb. Nio birinci rübdə 20-21 min ədəd avtomobil satacağını planlaşdırır, bu isə ötən ilin dekabrında bitən rüblə müqayisədə çoxdur. Xpeng əksinə, ötən ilin son rübü ilə müqayisədə nisbətən az – 12,500 ədəd satmağı düşünür. Li Auto isə 2021-ci ilin birinci rübündə 10,500-11,500 ədəd avtomobil satmaq hədəfini qoymuşdur.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının açıqlamalarına görə, 2021-ci ilin fevral ayında elektromobillərin satışı 97 min ədədə çatmışdır, bu isə illik ifadədə 675% artım deməkdir. Bununla belə, fevral ayının göstəriciləri yanvarla müqayisədə 37,9% azdır.
Həmçinin oxu:
"Son həftələrdə kəskin enişin müşahidə olunduğu səhm bazarı canlanıb"
"Şimal Axını – 2 dilemması: Rusiya bu il nəhəng layihəni başa çatdıra biləcəkmi?"
"Hər kəsə 1400 dollarlıq çek – ABŞ-ın yeni yardım paketi""Dünyanın ən bahalı dərmanı"
"Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr"
"Asiyanın “mini Amazon”u səhm bazarına çıxır"
"Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 2 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
21 d. əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
27 d. əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
58 d. əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
1 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!







.jpg)







.jpg)





